...

Ailə TV ödənişlərini "DəmirBank"ın saytında və filiallarında həyata keçirmək mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2012 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Azərbaycan bankı "DəmirBank"ın internet saytında və filiallarında artıq Ailə TV kabel televiziyası ödənişlərini də həyata keçirmək mümkündür.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "DəmirBank"ın plastik kart sahibləri BillPay onlayn ödəniş xidməti vasitəsilə https://billpay.demirbank.az internet səhifəsində qeydiyyatdan keçərək kommunal, stasionar və mobil rabitə, internet-provayder və kabel TV xidmətlərinin onlayn ödənişini həyata keçirə bilər.

Onlayn ödənişlər VISA və MasterCard beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiya keçmiş ödəmə sistemi vasitəsilə dərhal həyata keçirilir. Plastik kart sahibləri evdən və ya ofisdən sadəcə DəmirBank-a 149 nömrəsinə zəng etməklə də bu ödənişləri həyata keçirə bilər.

"DəmirBank onlayn ödənişlər xidmətlərinin genişləndirilməsinə böyük önəm verir. Gələcəkdə bankın saytı vasitəsilə digər ödənişləri də həyata keçirmək mümkün olacaq. Müştərilərin rahatlığı və xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi məqsədilə yaxın gələcəkdə bir sıra digər tədbirləri də həyata keçirməyi planlaşdırırıq", - bankın idarə heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.

"DəmirBank" eləcə də plastik kart sahibi olmayan müştərilərə bankın filiallarında kommunal (işıq, qaz, su), stasionar və mobil rabitə, internet, kabel TV və DYP cərimələrinin ödənişlərini təklif edir.

DəmirBank-ın plastik kartlarını əldə etmək üçün bankın filiallarında və ya http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində onlayn qaydada sifariş etmək olar.

Xəbər lenti

Xəbər lenti