...

Gürcüstan, Azərbaycan və Türkiyə investisiyaların cəlb olunması işində əməkdaşlıq etməlidirlər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 10:44 (UTC +04:00)
İşgüzar adamların Tbilisi forumu Gürcüstan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına və dərinləşməsinə kömək edir.
Gürcüstan, Azərbaycan və Türkiyə investisiyaların cəlb olunması işində əməkdaşlıq etməlidirlər - nazir

Gürcüstan, Tbilisi, 16 fevral / Trend, müxbir N.Kirsxaliya /

İşgüzar adamların Tbilisi forumu Gürcüstan, Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin inkişafına və dərinləşməsinə kömək edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstan-Azərbaycan-Türkiyə biznes forumunda iştirak etmək üçün Tbilisiyə gələn Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan bildirib.

"Bu, ölkələrimizin iş adamları arasında daha sıx əlaqələrin qurulmasına yönəlmiş, regionun iqtisadi inkişafına kömək edən vacib tədbirdir", - o bəyan edib.

Çağlayan qeyd edib ki, hazırda hər üç ölkə yeni investisiyaların cəlb edilməsinə cəhd edir və bu görüş zəruri investisiya fonunun yaranmasına xidmət etməlidir. "Biz investisiya layihələrinin həyata keçirilməsi və bizə yeni investisyaların cəlb edilməsinə imkan verən məhsulların yaradılmasına dair məsələləri müzakirə etmək niyyətindəyik", - o qeyd edib.

Türkiyəli nazir özünün azərbaycanlı və gürcü həmkarları ilə əlaqələrin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti