...

Azərbaycanda İcbari Sığorta Bürosuna ilk yığımların həcmi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 18:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir A.Axundov/

Hazırda "İcbari sığorta növləri haqqında" yeni qanunun tələblərinə uyğun olaraq, ötən ilin dekabrında Azərbaycanda yaradılan İcbari Sığorta Bürosuna təxminən 4 milyon manat toplanıb. Bu barədə çərşənbə günü Trend-ə bürodan bildiriblər.

"Bu yığımlar büroda iştiraka görə ödənişlər, sığorta depozitləri və əlavə ödənişlər hesabına formalaşdırılıb", - bürodan deyiblər.

Bürodan qeyd ediblər ki, ilin sonuna qədər bu məbləğ beş milyon manatadək artacaq.

Xəbər lenti

Xəbər lenti