...

Nəqliyyat Nazirliyi Bakıda rəqəmsal işıqforların quraşdırılma imkanını nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2012 12:15 (UTC +04:00)
Bakı küçələrində rəqəmsal işıqforların quraşdırılması məsələsinə nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqinin ikinci mərhələsinin həyata keçirilməsi zamanı baxılacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.
Nəqliyyat Nazirliyi Bakıda rəqəmsal işıqforların quraşdırılma imkanını nəzərdən keçirir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir E.İsmayılov/

Bakı küçələrində rəqəmsal işıqforların quraşdırılması məsələsinə nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqinin ikinci mərhələsinin həyata keçirilməsi zamanı baxılacaq. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda Bakıdakı bütün işıqforlar əsasən müasir tələblərə uyğun gəlir və onların rəqəmsallarla əvəz edilməsi intellektual sistemin ikinci fazası çərçivəsində nəzərdən keçiriləcək.

"Sistemə müvafiq olaraq, Bakıda 150 yolayrıcı üzərində nəzarət həyata keçirilməlidir və bu prosesdə işıqforlar böyük əhəmiyyət kəsb edir. İndi fəaliyyət göstərən işıqforların nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqini təmin etməyə nə qədər imkan verdiyi və onları yeniləri ilə əvəz etmək ehtiyacının olub-olmaması müəyyənləşdiriləcək", - Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti