...

Azərbaycanın sığorta şirkəti KASKO üzrə mükafatların həcmini ikiqat artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2012 11:06 (UTC +04:00)
Общий объем страховых премий, собранных азербайджанской страховой компаний "A-Qroup" в 2011 году, вырос на 14,5 процента по сравнению с предыдущим и составил 8,139 миллиона манатов.
Azərbaycanın sığorta şirkəti KASKO üzrə mükafatların həcmini ikiqat artırıb

Azərbaycan, Bakı, 25 fevral/Trend müxbir A. Axundov/

Azərbaycanın "A-Qroup" sığorta şirkətinin 2011-ci ildə yığdığı sığorta mükafatlarının ümumi həcmi ötən illə müqayisədə 14,5 faiz artaraq 8,139 milyon manat təşkil edib.

"Sığortanının ümumi növləri üzrə sığorta mükafatlarının həcmi xeyli artıb və şirkətin fəaliyyət tarixi ərzində 1,5 milyon manat məbləğində rekord səviyyəyə çatıb" , - Trend-in məlumatına görə, bu barədə şənbə günü şirkətin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, avtomobil nəqliyyatı vasitələrinin sığortalanmasında əhəmiyyətli artım müşahidə edilir.

"A-Qroup"un ümumi daxilolmalarının əsas hissəsi ənənəvi olaraq, könüllü tibbi sığortanın payına düşür. Avtomobil nəqliyyatı vasitələrinin sığortalanmasında əhəmiyyətli artım müşahidə edilir. 2010-cu illə müqayisədə KASKO üzrə sığorta mükafatlarının həcmi iki dəfə artıb, əmlak üzrə sığorta mükafatlarının həcmi isə 90 faiz çoxalıb. Şirkət tərəfindən ipoteka sığortalanması sahəsində də yaxşı nəticələr əldə edilib" , - məlumatda deyilir.

2011-ci il ərzində sığorta ödənişlərinin həcmi 5,328 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti