...

Xəzər rayonunda zeytunçuluq təsərrüfatlarının yaradılmasına güzəştli kredit ayrılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2012 14:33 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Xəzər rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
Xəzər rayonunda zeytunçuluq təsərrüfatlarının yaradılmasına güzəştli kredit ayrılacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Ə.Həsənov/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakı şəhərinin Xəzər rayonunda prioritet sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü nazirliyin yaydığı məlumatda deyilir.

Sahibkarlığa Kömək Milli Fondu 2012-ci il fevralın 22-də Xəzər rayonunun Zirə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Xəzər rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kiçik və ya orta həcmli istixanaların yaradılması;
- zeytunçuluq təsərrüfatlarının yaradılması;
- zeytun emalı fabrikinin yaradılması;
- kiçik və ya orta həcmli müasir çörək istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələrini Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Xəbər lenti

Xəbər lenti