...

Azərbaycan iri sənaye müəssisələrinin işə salınmasını hədəfləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 12:27 (UTC +04:00)
Azərbaycanda sənaye istehsalının başlıca istiqaməti daha iri sənaye müəssisələrinin işə salınmasıdır.
Azərbaycan iri sənaye müəssisələrinin işə salınmasını hədəfləyib

Azərbaycan, Bakı, 29 fevral / Trend, müxbir E.İsmayılov /

Azərbaycanda sənaye istehsalının başlıca istiqaməti daha iri sənaye müəssisələrinin işə salınmasıdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Xəzər-Avropa İnteqrasiya İşgüzar klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib.

"İri müəssisələrin istismara verilməsi kiçik və orta sənaye istehsalının inkişafı ilə yanaşı həyata keçirilməlidir", - nazir deyib.

Emal sənayesinin inkişafına toxunan Əliyev qeyd edib ki, Gəncə alüminium kompleksi yanında texnoparkların yaradılması, Sumqayıt texnoparkında müəssisələrin sayının artırılması, neft-kimya məhsullarının istehsalı üzrə texnoparkın, eləcə də Balaxanıda məişət tullantılarının emalı üzrə texnoparkın yaradılması planlaşdırılır.

"Azərbaycanda sənayenin inkişafı intensiv sürətlə gedir və o, yeni müəssisələrin yaradılması və mövcud olanların fəaliyyətinin bərpa edilməsi nəzərə alınmaqla daha da inkişaf edəcək", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti