...

Azərbaycanın ÜTT-yə qəbulu üzrə danışıqlar prosesində müəyyən tərəqqi var - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2012 17:30 (UTC +04:00)
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə çoxtərəfli danışıqların IX raundu çərçivəsində son görüşlərin nəticələrini müsbət qiymətləndirir.
Azərbaycanın ÜTT-yə qəbulu üzrə danışıqlar prosesində müəyyən tərəqqi var - nazir müavini

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbirlər A.Axundov, E.Mehdiyev/

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü üzrə çoxtərəfli danışıqların IX raundu çərçivəsində son görüşlərin nəticələrini müsbət qiymətləndirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Ötən həftə Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə Azərbaycanın ÜTT-yə qəbul olunması üzrə işçi qrupunun növbəti iclasında, habelə mallar və xidmətlər üzrə ikitərəfli görüşlərdə iştirak edib.

"Görüşlər faydalı olub. Danışıqlarda ciddi irəliləyiş yoxdur, lakin müəyyən tərəqqi var", - Məmmədquliyev qeyd edib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti