...

Azərbaycan aeroportda gömrük nəzarəti prosedurlarını sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2012 15:23 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqinə başlayıb.
Azərbaycan aeroportda gömrük nəzarəti prosedurlarını sadələşdirib

Azərbaycan, Bakı, 3 mart / Trend, müxbir A.Axundov /

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqinə başlayıb. Trend-in məlumatına görə, bu barədə idarənin rəhbəri Sabiq Abduyevin şənbə günü "Gömrük" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Abduyevin sözlərinə görə, aeroport üzrə gömrük nəzarəti zonasında quraşdırılan "e-Gömrük bəyannaməsi - elektron gömrük xidməti" informasiya köşkləri vasitəsilə vətəndaşlar gömrük rəsmiləşdirməsi qaydaları, gömrük rüsum və tarif dərəcələri, mal nomenklaturası və digər zəruri məlumatlarla yanaşı, sərnişin bəyannaməsini doldurmaq yolu ilə gətirdikləri və apardıqları malları da elektron formada bəyan etmək imkanı əldə ediblər. Beləliklə, sərnişinlər ölkənin gömrük sərhədindən keçirdikləri malları bəyan etmək üçün sözügedən elektron gömrük xidmətindən istifadə etməklə öz vaxtlarına qənaət etmiş olurlar. Bunun üçün gömrük bəyannaməsini doldurmaq, çap etmək və sərhəddəki gömrük əməkdaşına təqdim etmək lazımdır. Bu komponent DGK Hava Nəqliyyatında Baş Gömrük

İdarəsində pilot layihə olaraq həyata keçirilir.
İndiyədək mallar və sərnişinlər üzərində gömrük nəzarəti uçuşqabağı qeydiyyatadək həyata keçirilirdi.

"Bu, öz növbəsində, narahatlıq və əlavə çətinliklər doğururdu, gömrükçülərlə vətəndaşlar arasında anlaşılmazlığa gətirib çıxarırdı", - Abduyev deyib.

Yeni texnoloji sxemin tətbiqində məqsəd gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığının təmin edilməsidir.

Xəbər lenti

Xəbər lenti