Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir A.Axundov/
Azərbaycanda "Gəncə sənaye tikinti" müəssisəsi dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Vergilər Nazirliyinin saytındakı "bir pəncərə" bölməsində yerləşdirilən məlumatda deyilir.
Müəssisənin təsisçisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir.
ASC-nin rəsmi nümayəndəsi isə Turab Hüseyn oğlu Haqverdiyevdir.
ASC-nin nizamnamə kapitalı təxminən 611 min manat təşkil edir.
ASC bu ilin fevral ayının 17-də qeydiyyatdan keçib.