...

2011-ci ildə Azərbaycanda kənd təsərrüfatının artımı 5,8 faiz təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2012 16:22 (UTC +04:00)
2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının real artımı 2003-cü ilə nisbətən 34 faiz təşkil edib.
2011-ci ildə Azərbaycanda kənd təsərrüfatının artımı 5,8 faiz təşkil edib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir Ə.Həsənov/

2011-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının real artımı 2003-cü ilə nisbətən 34 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə "Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında hesabat"da deyilir.

2010-cu ilə nisbətən artım 5,8 faiz təşkil edib ki, burada bitkiçilik və heyvandarlıq müvafiq olaraq 8 və 3,5 faiz olub.

2011-ci ildə əkin sahələri 1608,2 min hektar təşkil edib. Onun 967,3 min hektarı (60,1 faizi) payızlıq, yazlıq dənli və paxlalı bitkilərin, 340 min hektarı (21,1 faizi) başqa yaz əkinlərinin, 300,9 min hektarı (18,7 faizi) çoxillik bitkilərin payına düşüb.

2011-ci ildə 2458,4 min ton dənli və paxlalı bitki toplanıb ki, bu da 2010-cu ildəkindən 458 min ton (22,9 faiz) çoxdur.

2011-ci ildə taxıl istehsalı 1641 min ton təşkil edib ki, bu da bir il əvvəlkindən 332,2 min ton (25,4 faiz) çoxdur.

Habelə 2011-ci ilin yekunları üzrə 938,5 min ton kartof, 1214,8 min ton tərəvəz (2010-cu ilə nisbətən artım 2,1 faiz), 765,8 min ton meyvə və giləmeyvə (artım 4,9 faiz), 252,9 min ton şəkər çuğunduru, 137 min ton üzüm (artım 5,8 faiz), 66,4 min ton pambıq (artım 73,8 faiz), 20 min ton günəbaxan, 3,6 min ton tütün yığılıb.

2011-ci ildə 3 522 hektar ərazidə meyvə bağları, 748 hektar ərazidə üzüm plantasiyaları, 251,5 hektar sahədə isə çay plantasiyaları üçün torpaq ayrılıb.

2011-ci ildə 91,7 min ton kartof, 65,8 min ton tərəvəz, 176,2 min ton müxtəlif meyvələr ixrac edilib.

Xəbər lenti

Xəbər lenti