...

AXA MBASK icbari sığorta ilə bağli növbəti iri ödənişini həyata keçirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2012 15:09 (UTC +04:00)
AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib.
AXA MBASK icbari sığorta ilə bağli növbəti iri ödənişini həyata keçirib

Azərbaycan, Bakı, 15 mart /Trend/

AXA MBASK sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair iri ödəməsini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə axşamı yaydığı məlumatda deyilir.

Sözügedən sığorta növünə aid ödəmə fevralın 29-də Bakı şəhərində baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, AXA MBASK tərəfindən 3 988 manat məbləğində sığorta ödənişi "Azəryolservis" ASC-nin Qobustan 2 saylı Yol İstismar İdarəsinə təqdim olunub (sığortalı hasara çırpılıb).

Qeyd etmək lazımdir ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağli şirkət artıq 20 min manata yaxın sığorta haqqı ödəyib.

İcbari sığorta növləri şirkətin 6 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 30-dan artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə onlayn rejimdə buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti