...

Azərbaycanda 1150 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 16:40 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanda 1150 kq-a yaxın ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Trend-in cümə günü nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakının, Nərimanov, Suraxanı, Xəzər, Nəsimi rayonlarında, Sumqayıt, Şəki, Qazax, Göygöl, Şəmkir şəhərlərində, eləcə də Sabirabad, Quba, Ağdam və Saatlı rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar edilib.

Ümumilikdə, monitorinqlər zamanı 1130 kq-dan çox ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti