...

"Kapital Bank"dan yüz faiz uduşlu "Kartlı Bazarlıq" lotoreyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2012 11:06 (UTC +04:00)
Təsəvvür edin ki, mağazada alış-veriş edirsiniz, pulunuzu ödəyib çıxanda Sizə qiymətli bir hədiyyə verirlər. Bunu kim istəməz?! Onda gəlin Sizə yüz faiz uduşlu "Kartlı Bazarlıq" kampaniyası haqqında danışaq.
"Kapital Bank"dan yüz faiz uduşlu "Kartlı Bazarlıq" lotoreyası

Azərbaycan, Bakı, 19 mart / Trend/

Təsəvvür edin ki, mağazada alış-veriş edirsiniz, pulunuzu ödəyib çıxanda Sizə qiymətli bir hədiyyə verirlər. Bunu kim istəməz?! Onda gəlin Sizə yüz faiz uduşlu "Kartlı Bazarlıq" kampaniyası haqqında danışaq.

"Kartlı bazarlıq" Kapital Bankın "Bizim Market" mağazalar şəbəkəsi ilə birgə keçirdiyi uduşlu lotereyadır. Belə bir kampaniyanın təşkilində məqsəd müştəriləri nağdsız ödənişlərə həvəsləndirməkdir. Kampaniyaya qatılmaq istəyən "Bizim Market" müştəriləri üçün bircə şərt var: alış-veriş zamanı ödənişi plastik kartla aparmaq. Müştərinin ölkəmizdəki banklardan hansının ödəniş kartına sahib olması fərq etmir. Bütün yerli bankların ödəniş kartları bu kampaniyada keçərlidir.

"Bizim Market" şəbəkəsinin Bakıdakı istənilən mağazasında bir dəfəyə ən azı 30 manatlıq alış-veriş edən və ödənişi Kapital Bankın mağazada quraşdırılmış POS-terminalı vasitəsilə aparan hər bir alıcıya "Kartlı Bazarlıq" lotereya kartı verilir. Müştəri kartın arxasındakı zolağı elə oradaca pozur, uduşlu kartı, POS-terminal çekini və şəxsiyyət vəsiqəsini kampaniyanın təmsilçisinə təqdim edərək mağazada qoyulmuş minlərlə hədiyyədən birini özü ilə aparır. Əgər bir dəfəyə 30 manatdan çox məbləğdə alış-veriş edilərsə, əlavə hər 30 manata görə müştəriyə daha bir lotereya kartı verilir.

Bu kampaniyada bütün lotereya kartları uduşludur.

İştirakçılardan 2994 nəfərinə Visa Virtual kartları, 3000 nəfərə "Bizim Market"in hədiyyələri veriləcək. 6 şanslı iştirakçı isə kampaniyanın super uduşunu - iPhone və ya Black Berry mobil telefonlarını qazanacaq.

Kampaniya 20 mart 2012-ci il tarixindən 20 sentyabr 2012-ci il tarixinə qədər - 6 ay davam edəcək. Bu barədə ətraflı məlumatı www.kapitalbank.az saytından, və ya 196 nömrəli müştəri xidmətindən əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti