...

"Paşa Sığorta" Azərbaycanın ən kapitallaşmış sığortaçısı mövqeyini möhkəmləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 11:40 (UTC +04:00)
Azərbaycanın "Paşa Sığorta" şirkəti nizamnamə kapitalının 35 milyon manatadək artırılması prosesini başa çatdırıb və bununla da yerli bazarın ən kapitallaşmış oyunçşusu kimi öz mövqeyini möhkəmləndirib.
"Paşa Sığorta" Azərbaycanın ən kapitallaşmış sığortaçısı mövqeyini möhkəmləndirib

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir A.Axundov/

Azərbaycanın "Paşa Sığorta" şirkəti nizamnamə kapitalının 35 milyon manatadək artırılması prosesini başa çatdırıb və bununla da yerli bazarın ən kapitallaşmış oyunçşusu kimi öz mövqeyini möhkəmləndirib. Trend-in məlumatına görə, bu barədə şirkətin cümə günü rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Şirkət artıq öz Müşahidə Şurasını və Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətini bu prosesin başa çatması barədə məlumatlandırıb.

Kapitalın artırılması 2011-ci ildə şirkətin əldə etdiyi gəlir, eləcə də səhmdarların vəsaitləri hesabına həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti