...

2011-ci ildə Hesablama Palatasının yoxlamaları nəticəsində 25 vəzifəli şəxs işdən azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 14:56 (UTC +04:00)
2011-ci ildə Azərbaycan Hesablama Palatasının təqdimatı əsasında 25 vəzifəli şəxs tutduqları vəzifədən azad edilib.
2011-ci ildə Hesablama Palatasının yoxlamaları nəticəsində 25 vəzifəli şəxs işdən azad edilib

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan Hesablama Palatasının təqdimatı əsasında 25 vəzifəli şəxs tutduqları vəzifədən azad edilib.

Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov palatanın 2011-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

"Yeddi nəfər şiddətli töhmət, 43 nəfər töhmət alıb. 46 nəfərə xəbərdarlıq edilib, bir nəfərin vəzifəsi aşağı salınıb. Hesabat dövrü ərzində qurum və təşkilatlarda 336,5 ştat vahidi ləğv edilib", - Əsədov vurğulayıb.

Onun sözlərinə görə, 2011-ci ildə nəzarət tədbirləri nəticəsində işlərin keyfiyyətsiz yerinə yetirilməsi ilə əlaqədar 700 min manat dəyərində əlavə işlər aparılıb.

"2011-ci ildə, həmçinin 573 min manat dəyərində çatışmayan mal və materialların bərpa edilməsi təmin edilib. Bu proses nəticəsində 810 min manat dəyərində uçotdan gizlədilən əsas vəsait uçota alınıb, 910 min manat həcmində mal və materialların, bundan başqa, 512 min manat dəyərində uçotdan gizlədilən debitor borcların uçotu təmin edilib. Audit aparılması dövründə tədbirlər görülməsinə qədər onun nəticələri üzrə 13 milyon manatdan çox debitor borc ləğv edilib", - Əsədov qeyd edib.

Qeyd edək ki, Milli Məclis cümə günü Hesablama Palatasının hesabatını qəbul edib.

Xəbər lenti

Xəbər lenti