...

Azərbaycan Hesablama Palatası ekspertizasız infrastruktur layihələrə başlanmasından narahatdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 16:21 (UTC +04:00)
2011-ci ildə Azərbaycan üçün xarakterik olan büdcə vəsaitlərinin məxarici zamanı pozuntu və əskiklər təkrar edilib.
Azərbaycan Hesablama Palatası ekspertizasız infrastruktur layihələrə başlanmasından narahatdır

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir A.Axundov/

2011-ci ildə Azərbaycan üçün xarakterik olan büdcə vəsaitlərinin məxarici zamanı pozuntu və əskiklər təkrar edilib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədov palatanın 2011-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatını Milli Məclisə təqdim edərkən bildirib.

"Bu pozuntular əsasən bəzi büdcə təşkilatları və kredit paylayıcılarının alqı-satqı üzrə apardığı prosedurlardır. Bir sıra təşkilatlar alqı-satqıdan yayınmaq istəyib, digərləri bunu tam əsaslarla, bəzi hallarda isə əsassız olaraq müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməklə ediblər. Bəziləri alqı-satqı üzrə tender predmetlərinin məbləğini hissələrə bölərək tender sorğularını keçiriblər. Digər hallarda isə hələ də bu prosesə qeyri-peşəkar təşkilatların cəlb edilməsi müşahidə edilir", - Əsədov deyib.

Onun sözlərinə görə, investisiya sahəsində əskiklərin digər xarakterik cəhəti gözlənilən məbləğin qeyri-düzgün hesablanması, bazis əmsallarının səhv tərtib edilməsi, smeta təşkil edilmədən layihələrin icrasına başlanmasıdır.

"Ən çox narahat doğuran fakt odur ki, ekspertiza rəyi alınmadan infrastruktur layihələrin icrasına başlanılır. Hərçənd, buna tez-tez təsadüf edilmir. Daha çox debitor borcların əmələ gəlməsi haları ilə qarşılaşılır", - Əsədov qeyd edib.

Palata sədrinin sözlərinə görə, hələ də əsas vəsaitlərin, aktivlərin istifadəyə verilməsi, uçota alınmasında pozuntular müşahidə edilir.

"Bu gün əlavə ştatın mövcudluğu halları, təhsil və səhiyyə sahəsində tarif cədvəllərinin səhv tətbiqi qeydə alınır", - Əsədov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycan dövlətinə dəyən zərərin ödənilməsi məqsədilə onun bank və xəzinə hesablarına 1,07 milyon manat həcmində vəsaitlərin köçürülməsi təmin edilib.

Qeyd edək ki, Milli Məclis cümə günü Hesablama Palatasının hesabatını qəbul edib.

Xəbər lenti

Xəbər lenti