...

Saakaşvili Gürcüstan-Azərbaycan birgə müəssisəsinin tikintisinə başlama mərasimində iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2012 16:45 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili Xaşuridə (Şərqi Gürcüstan, Şida Kartli regionu) şüşə qabların istehsalı üzrə müştərək müəssisənin tikintisinə başlama mərasimində iştirak edib.
Saakaşvili Gürcüstan-Azərbaycan birgə müəssisəsinin tikintisinə başlama mərasimində iştirak edib

Gürcüstan, Tbilisi, 25 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili Xaşuridə (Şərqi Gürcüstan, Şida Kartli regionu) şüşə qabların istehsalı üzrə müştərək müəssisənin tikintisinə başlama mərasimində iştirak edib. Zavod birgə investisiyaların hesabına tikilir.

Trend-in məlumatına görə, şüşə qablar zavodunun tikintisi "Inter Glass Georgia" şirkəti tərəfindən həyata keçirilir. Zavodda 60 faiz Azərbaycanın "Inter Glass Azerbaijan", 40 faiz isə "Gürcüstan Qaz Nəqli Şirkəti" MMC-yə aiddir. Azərbaycan şirkəti dörd il ərzində bu istiqamətdə fəaliyyət göstərir.

Layihənin dəyəri 30 milyon lari (1 dollar=1,63 lari) təşkil edir. Müəssisədə 200 yerli sakin işləyəcək.

Müəssisə əsasən yerli xammalla işləyəcək (80 faiz).

Saakaşvili bildirib ki, Azərbaycanın Gürcüstana yatırdığı investisiyalar hər il artır və bu, ölkəyə məşğulluq məsələsini həll etməyə imkan verir.

"Biz investorlara hər belə müəssisəyə görə minnətdarıq. Belə ki, bu müəssisələr vətəndaşlarımızı işlə təmin edir", - o deyib və qeyd edib ki, iş yoxsulluq və kasıblığa qarşı ən yaxşı silahdır.

"Inter Glass Azerbaijan" şirkətinin baş direktoru Alis Muradov Trend-ə bildirib ki, zavod ildə 100 milyon ədəd şüşə qab buraxacaq.

"Zavodun tikinti layihəsi Gürcüstan mütəxəssisləri ilə birlikdə İtaliya şirkəti tərəfindən hazırlanır", - Muradov vurğulayıb.

Onun sözlərinə görə, regionda belə növ məhsullara tələbat yüksəkdir və Xaşuri zavodunun məhsullarının 20-30 faizi ixrac ediləcək. Gürcüstan tərəfi zavodun fəaliyyəti nəticəsində ölkədə ixrac potensialının 10 milyon lari artmasına ümid edir.

Zavodun tikintisi 18 ay ərzində başa çatacaq. Müəssisə beynəlxalq standartlara cavab verəcvək.

Xəbər lenti

Xəbər lenti