...

Azərbaycanın fond bazarı il ərzində 50 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2012 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvar-aprel ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 46,78 faiz artaraq 3,69 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü BFB-nin yaydığı məlumatda deyilir.

Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 58,77 faiz artması, korporativ qiymətli kağızlar bazarının isə 68,74 faiz azalması hesabına baş verib.

Dövlət qiymətli kağızlar bazarı 3,61 milyard manata çatıb. Buna repo-əməliyyatların 74,36 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 29,4 faiz artması təsir edib.

Yanvar-aprel aylarında 75,46 milyon manat təşkil edən korporativ qiymətli kağızlar bazarında azalma korporativ istiqrazlarla əməliyyatların həcminin 74,89 faiz azalması ilə izah edilir.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-aprel ayları):

Bazarın seqmentləri

30.04.2012

30.04.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

19 284 834,00

30

42 882 000,99

31

44,97%

Korporativ istiqrazlar - (təkrar bazar)

27 466 628,68

17

143 330 069,66

36

19,16%

Kİ bazarı cəmi

46 751 462,68

47

186 212 070,65

67

25,11%

Səhmlər - (yerləşdirmə)

27 867 476,35

31

51 479 170,00

71

54,13%

Səhmlər - (təkrar bazar)

842 124,97

1 154

3 725 415,78

972

22,60%

Səhm bazarı cəmi

28 709 601,32

1 185

55 204 585,78

1 043

52,01%

KQK bazarı cəmi

75 461 064,00

1 232

241 416 656,43

1 110

31,26%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-aprel ayları)

Bazarın seqmentləri

30.04.2012

30.04.2011

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

0,00

0

112 712 249,95

71

0,00%

Dİ (AR MN) -

(təkrar bazar)

1 325 851,92

2

12 215 017,18

17

10,85%

Dİ bazarı cəmi

1 325 851,92

2

124 927 267,13

88

1,06%

Notlar (AR MB) - (yerləşdirmə)

389 476 825,08

95

303 684 114,34

107

128,25%

Notlar (AR MB) -

(təkrar bazar)

8 077 756,64

4

3 556 081,09

2

227,15%

Not bazarı cəmi

397 554 581,72

99

307 240 195,43

109

129,40%

Repo əməliyyatları

3 211 300 530,66

459

1 841 722 089,54

366

174,36%

DQK bazarı cəmi

3 610 180 964,30

560

2 273 889 552,10

563

158,77%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Xəbər lenti

Xəbər lenti