...

DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım üçün vəsaitlərin 86 faizini ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2012 16:49 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Vətən müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardımların verilməsi məqsədilə ümumilikdə 6,645 milyon manat məbləğində ödəniş edib.
DSMF Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım üçün vəsaitlərin 86 faizini ödəyib

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) Böyük Vətən müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardımların verilməsi məqsədilə ümumilikdə 6,645 milyon manat məbləğində ödəniş edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

"28 968 nəfərin hesabına köçürülməsi nəzərdə tutulan 7,5 milyon manatdan 6,645 milyon manatı artıq ödənilib. Qalan vəsait 854,5 min manat təşkil edir. Həmin məbləğ şəxslərin müraciətlərinin təmin edilməsindən asılı olaraq ödəniləcək", - Müslümov deyib.

Onun sözlərinə görə, hər biri 500 manat məbləğində birdəfəlik maddi yardım alan şəxslərin ümumi sayı 2739 nəfərdir, qalan 26 229 nəfər isə 200 manat yardım alır.

Xəbər lenti

Xəbər lenti