...

Azərbaycan MDB-nin Dəmir Yol Nəqliyyatı Şurasının iclasında iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2012 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC mayın 17-18-də MDB-nin Dəmir Yol Nəqliyyatı Şurasının 56-cı iclasında iştirak edəcək. Bu barədə cümə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

"İclas təşkilatın yaradılmasının 20 illik yubileyi münasibətilə keçiriləcək. Tədbirdə "Azərbaycan Dəmir Yolları"nı QSC-nin sədri Arif Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək", - Əzməmmədov qeyd edib.

Onun sözlərinə görə, iclas zamanı 2011-ci il ərzində dəmiryol nəqliyyatı, sərnişin və yükdaşımalar sahəsində bütün məsələlər və cari ilin planı müzakirə olunacaq.

QSC 1992-ci ildən Şuranın üzvüdür.

Xəbər lenti

Xəbər lenti