...

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxındır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2012 12:28 (UTC +04:00)
Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 300 min nəfərə yaxındır

Azərbaycan, Bakı, 15 may /Trend/

Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 275 630 nəfər təşkil edir.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, cəmi əmək pensiyası alan şəxslərin 498 190 nəfəri kişi, 777 440 nəfəri isə qadındır. Onlardan 807 941 nəfəri yaşa görə, 333 730 nəfəri əlilliyə görə, 133 959 nəfəri isə ailə başçısının itirilməsinə görə pensiya alır.

Son illər ərzində həyata keçirilən ardıcıl sosial müdafiə tədbirləri nəticəsində ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti isə 45 faiz təşkil edir. Belə ki, 01.04.2012-ci il tarixə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 150 manat, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği isə 166 manatdır.

Əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

Xəbər lenti

Xəbər lenti