...

“FINCA Azerbaijan” Goranboy filialında xidmətlərin keyfiyyətini artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2012 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Müştərilərə daha keyfiyyətli və yüksək səviyyədə xidmət göstərilməsi üçün "FINCA Azerbaijan"ın qərb regionunda fəaliyyət göstərən Goranboy filialında 15 may 2012-ci il tarixindən etibarən nağd kassa işə başlayıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın çərşənbə günü yaydığı məlumatda deyilir.

6 il market ofisi və 4 aydan artıq filial kimi fəaliyyət göstərən Goranboy filialı 4300 nəfərdən artıq müştərilərə və əsasən heyvandarlıq və əkinçiliklə məşğul olan sahibkarlara kredit məhsullarını təqdim edərək onların həyat səviyyəsini artırmağa və şəxsi bizneslərini inkişaf etdirməyə dəstək olur. Hazırda filialın kredit portfeli 3,348,000 USD təşkil edir.

"FINCA Azerbaijan" 5 qitənin 21 ölkəsində fəaliyyət göstərən və ortaq təcrübənin qlobal şəbəkəsini yaradan "FINCA International Inc."a məxsus olan və onun tərəfindən idarə edilən FINCA Mikro-maliyyə Holdinqin (FMH) törəmə şirkətidir. FMH FINCA-nın missiyasını - öz işlərini yaratmaq, aktivlərini qurmaq və həyat standartlarını yüksəldə bilmək üçün aşağı gəlirli sahibkarları maliyyə xidmətləri ilə təmin etmək - bölüşən sosial məsuliyyətli investisiya tərəfdaşlarının fondları hesabına maliyyələşərək fəaliyyət göstərir. Ölkədə lider MMİ-larından biri kimi "FINCA Azerbaijan" müştəriləri Kənd Qrup Krediti, Həmrəy Qrup Krediti, Fərdi Ekspres Krediti, Kiçik və Orta Sahibkarlıq Krediti və Fərdi Kənd Kreditləri məhsulları daxil olmaqla bir sıra maliyyə məhsulları və xidmətləri ilə təmin edən və onlara həyat vasitələrini yüksəltmə imkanı yaradan 29 filial və 35 sub-filialı vasitəsilə 120,000 nəfərdən çox aktiv müştəriyə xidmət göstərir. "FINCA Azerbaijan" fəaliyyətin və davamlılığın ən yüksək kommersiya prinsiplərinə sadiqdir.

Xəbər lenti

Xəbər lenti