...

Azərbaycan sığorta şirkəti adi, adlı, sənədsiz səhmlərin emissiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2012 14:50 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Meqa Sığorta" ASC-nin 3 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb.
Azərbaycan sığorta şirkəti adi, adlı, sənədsiz səhmlərin emissiyasına başlayıb

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Meqa Sığorta" ASC-nin 3 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 5000 manat olan 600 istiqraz buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

"Bununla da şirkətin nizamnamə kapitalı 7 milyondan 10 milyon manatadək artırılacaq" , - bu barədə çərşənbə günü şirkətdən Trend-ə verilən məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti