...

“Azərsun Holdinq” daha bir mükafata layiq görülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2012 11:42 (UTC +04:00)

Mayın 29-da 2011-ci ilin yekunlarına görə Azərbaycan-Rusiya ticari-iqtisadi münasibətlərin ən yaxşı iştirakçılarına müxtəlif nominasiyalar üzrə "Proqress" (Tərəqqi) mükafatının təqdimatı keçirildi.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, ticarət nümayəndəliyi və Azərbaycan-Rusiya əməkdaşlıq palatasının təşkilatçılığı ilə təşkil olunan tədbirdə Milli Məclisin üzvləri, ictimaiyyət və biznes nümayəndələri iştirak edirdi. Azərbaycanın qida sektorunda aparıcı şirkət olan "Azərsun Holdinq" Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına, sərmayə qoyuluşlarına və aktiv sosial fəaliyyətinə görə "Proqress" mükafatına layiq görüldü.

Hazırda "Azərsun Holdinq"in istehsalı olan bütün ərzaq məhsulları Rusiyaya ixrac olunur. Bunlardan "Azerçay", "Maryam", "Final", "Kuban" və s. çay markalarına, "Bizim tarla" konserv məhsullarına Rusiya istehlakçıları tərəfindən böyük təlabat var.

Xəbər lenti

Xəbər lenti