...

"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni qaynaq texnikası sınaqdan keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 10:07 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni qaynaq texnikası sınaqdan keçirilib (FOTO)
"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni qaynaq texnikası sınaqdan keçirilib (FOTO)

Azərbaycan, Bakı, 1 iyun /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun 82 kilometri artıq əsaslı təmir olunub və onların 800 metrlik uzunölçülü piletlərlə əvəzlənməsi prosesi davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, uzunölçülü relslərin hazırlanmasını həyata keçirən "Dəmiryolservis" MMC-nin 24 saylı Salyan Rels Qaynaqlama Qatarının bazasının gücləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir. Artıq Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq gətirilmişdir.

Salyan stansiyasında "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirovun iştirakı ilə KSM-005 markalı səyyar qaynaq texnikası sınaqdan keçirilmişdir. Yeni texnikanın vasitəsilə qaynaq prosesi yüksək nəticə vermişdir.

Nəzirov məlumat verərək bildirmişdir ki, yeni texnikanın üstünlükləri çoxdur. O, həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir. İndiki halda bu texnikaya daha çox ehtiyac var. Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısının tikintisində "Dəmiryolservis" MMC podratçı təşkilat kimi iştirak etdiyi üçün KSM-005 markalı səyyar qaynaq texnikasının gücündən gələcəkdə orada daha çox istifadə ediləcəkdir.

Nəzirov 24 saylı Salyan Rels Qaynaqlama Qatarında quraşdırılan yeni texnoloji xəttin tikintisinə də baş çəkdi. Məlumat üçün bildirək ki, uzunölçülü relsləri qaynaq etmək üçün burada indiyə kimi bir texnoloji xətt fəaliyyət göstərir. Bu ilin yanvar ayından yeni texnoloji xəttin tikintisinə start verilib. Rusiya Federasiyasına "Pskovelektrosvarka" zavodundan yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar artıq gətirilib və sexdə quraşdırılması davam edir. Təxminən iyul ayı ərzində yeni texnoloji xəttin istismara verilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti