...

Bu il Azərbaycanda ipoteka kreditləşməsinə 40 milyon dollar ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir A.Axundov/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2012-ci ilin yanvar-may aylarında 30,92 milyon manat və ya təqribən 40 milyon dollar məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilin iyununadək - 376,38 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2012-ci ilin yanvar-may ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 33,15 milyon manat təşkil edib.

Bu ilin beş ayı ərzində AİF 17 milyon manat həcmində istiqrazlar yerləşdirib.

Xəbər lenti

Xəbər lenti