...

ISO: Azərbaycan iqtisadiyyatının inkişafı beynəlxalq standartların tətbiqini tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2012 13:02 (UTC +04:00)
Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək.
ISO: Azərbaycan iqtisadiyyatının inkişafı beynəlxalq standartların tətbiqini tələb edir

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan standartlarının Avropa standartlarına uyğunlaşdırılması gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcək. Trend-in məlumatlarına görə, bu barədə bazar ertəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Rob Stil Bakıda keçirilən Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının rəhbər icraçı direktorlarının forumu çərçivəsində jurnalistlərə bildirib.

"Bu, Azərbaycan iqtisadiyyatının indiki inkişaf tempi ilə əlaqədar böyük əhəmiyyətə malikdir", - Stil deyib.

ISO və Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkil etdiyi forumda Rumıniya, Xorvatiya, Belarus, Litva, Latviya, Gürcüstan, Qazaxıstan və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Forumda iştirakçı ölkələrdə texniki tənzimləmə, standartlaşdırma məsələləri müzakirə edilib, qəbul edilən müvafiq standartlar üzrə beynəlxalq təcrübə qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti