...

Rusiya MDB Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasına sədrlik edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Rusiya Federal Antiinhisar Xidmətinin sədri İqor Artemyev MDB iştirakçı dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasına (ASDŞ) rəhbərlik edəcək.

Trend-in məlumatına görə, Artemyev Şuraya iki il müddətinə sədrlik edəcək. Bundan əvvəl bu vəzifəni Qazaxıstanın Rəqabətin Müdafiəsi Agentliyinin sədri Məcid Esambayev icra edirdi.

Şuranın yeni rəhbərinin seçilməsi cümə axşamı ASDŞ-nin Bakıda keçirilən iclasında baş tutub.

ASDŞ-nin növbəti iclası payızda Ukraynada keçiriləcək. Bu iclasda Azərbaycanın Şurada həmsədrliyi Ukraynaya keçəcək. Azərbaycan 2011-ci ilin oktyabrında Almatıda ASDŞ-nin həmsədri seçilib.

Bakıda keçirilən tədbirdə MDB ölkələrinin, o cümlədən Azərbaycan, Qazaxıstan, Ukrayna, Rusiya, Moldova, Belarus və Tacikistanın antiinhisar orqanları, MDB İcraiyyə Komitəsi, "MDB ölkələrində rəqabətin inkişafına yardım" qeyri-kommersiya tərəfdaşlığı təşkilatlarının 50-dən artıq nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti