...

"PaşaBank" və "British Council" inşa müsabiqəsinin qaliblərini açıqlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2012 14:06 (UTC +04:00)
Azərbaycan bankı "PaşaBank" və "British Council" 2012-ci ilin aprel-may ayları ərzində keçirilən inşa müsabiqəsinin 92 iştirakçısı arasından 7 qalibi müəyyənləşdiriblər.
"PaşaBank" və "British Council" inşa müsabiqəsinin qaliblərini açıqlayıblar

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan bankı "PaşaBank" və "British Council" 2012-ci ilin aprel-may ayları ərzində keçirilən inşa müsabiqəsinin 92 iştirakçısı arasından 7 qalibi müəyyənləşdiriblər.

"British Council" bankla digər sahələrdə də əməkdaşlıq edir. Mövcud layihənin məqsədi gənclərin Azərbaycan iqtisadiyyatında rolunu artırmaqdır", - Trend-in məlumatına görə, bu barədə jurnalistlərə cümə axşamı "British Council"un direktoru Pol Klementson qaliblərə mükafatların təqdim edilməsi zamanı bildirib.

"Azərbaycan iqtisadiyyatı çox dinamik inkişaf edir və biz Azərbaycan gəncliyinin bu inkişafın bir hissəsi olmasını istəyirik", - Klementson deyib.

"PaşaBank"ın idarə heyətinin sədri Fərid Axundov isə bu layihələrin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.

"Biz bilirik ki, təhsil, savadlı gənclik ölkəmizin gələcəyidir, buna görə də mövcud layihəni dəstəkləyirik", - Axundov deyib.

Onun sözlərinə görə, bank, həmçinin bank sahəsi haqqında yazan jurnalsitlərin ixtisasının artırılması ilə əlaqədar layihələri dəstəkləyir, eləcə də bu sahədə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edir.

Qeyd edək ki, müsabiqədə iştirakçılardan üç mövzuda - "Dünyanın gələcəyi - iqtisadi inkişaf və ya iqtisadi təhlükəsizlik", "İndiki məqamda üç əsas qlobal problem", "Qlobal düşüncə - gəncliyin Azərbaycan iqtisadiyyatının inkişafında iştirakı" - ingilis dilində inşa yazmaq tələb olunurdu.

Xəbər lenti

Xəbər lenti