...

Azərbaycan və Estoniya əməkdaşlıq üçün prioritet istiqamətləri müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 10:52 (UTC +04:00)
Azərbaycan və Estoniya "elektron hökumət"in yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi üçün imkanlara malikdir.
Azərbaycan və Estoniya əməkdaşlıq üçün prioritet istiqamətləri müəyyən edib

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan və Estoniya "elektron hökumət"in yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi üçün imkanlara malikdir. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov cümə günü Bakıda Estoniya-Azərbaycan biznes forumunda bildirib.

"İnformasiya texnologiyalarının inkişafı, peykin buraxılışı başqa ölkələrlə, o cümlədən Estoniya ilə əməkdaşlıq üçün böyük imkanlar yaradır. Estoniyanın "Subernet" şirkətinin yerli şirkətlərlə birgə yaratdığı "elektron hökumət"in ən mühüm halqası olan elektron portalın yaradılması bu əməkdaşlığa yaxşı nümunədir", - Məmmədov qeyd edib.

Estoniyanın iqtisadiyyat və rabitə naziri Yuxan Partsın sözlərinə görə, dünən hökumətlərarası komissiyanın ilk iclası keçirilib ki, bu da biznes əlaqələrinin inkişafı üçün yaxşı platformadır.

"Nisbətən daha böyük potensiala malik sektor İKT-dir. Azərbaycanda İKT və başqa sektorlarda start-up müəssisələrinin yaradılması vacibdir", - o deyib.

Onun sözlərinə görə, habelə sənayenin müxtəlif sektorları, o cümlədən gəmiqayırma sahəsi də əməkdaşlıq üçün maraqlıdır.

"Biz kənd təsərrüfatı, turizm sahələrini unutmamalıyıq. Bu gün bütün dünya yeni nəqliyyat kanalları axtarır ki, bu da Estoniya və Azərbaycan kimi ölkələr üçün yaxşı imkanlar yaradır", - Parts deyib.

Onun sözlərinə görə, bu gün iki ölkə arasında mal dövriyyəsi 20 milyon avro səviyyəsindədir, eləcə də qarşılıqlı investisiyalar mövcuddur. Lakin bu göstəricilər kiçik olaraq qalır.

Biznes forumu Azərbaycanın Ticarət-Sənaye Palatası tərəfindən təşkil olunub.

Xəbər lenti

Xəbər lenti