...

Azərbaycan Beynəlxalq Bankı 114,1 min yeni pensiya kartı verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2012 15:29 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) 114,1 min yeni pensiya kartının verilməsini təmin edib.
Azərbaycan Beynəlxalq Bankı 114,1 min yeni pensiya kartı verib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) 114,1 min yeni pensiya kartının verilməsini təmin edib. Trend-in məlumatına görə, bu barədə cümə günü ABB-nin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

ABB istifadə müddəti mart ayında başa çatmış kartların əvəzinə 39,4 mindən çox, istifadə müddəti aprel ayında başa çatmış kartların əvəzinə 62,8 min, istifadə müddəti may ayında başa çatmış kartların əvəzinə isə 11,9 min yeni pensiya kartı verib.

Bakıda və Sumqayıtda yaşayan pensiyaçılara bank tərəfindən 101,2 min plastik kartın verilməsi təmin edilib. Ümumilikdə, ölkənin rayonlarında təqribən 13 min kart verilib.

Pensiyaçılara yeni plastik kartların verilməsi prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti