...

"Alfa Sığorta" avtomobillərin icbari sığortası ilə məşğul olmaqdan məhrum edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2012 17:39 (UTC +04:00)
Dövlət Sığorta Nəzarəti Xidməti "Alfa Sığorta" ASC-yə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına verilmiş icazəni ləğv edib.
"Alfa Sığorta" avtomobillərin icbari sığortası ilə məşğul olmaqdan məhrum edilib

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti "Alfa Sığorta" ASC-yə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına verilmiş icazəni ləğv edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Dövlət Xidmətinin yaydığı məlumatda deyilir.

"Sığorta fəaliyyəti haqqında" qanunun tələblərinə müvafiq olaraq, "Alfa Sığorta" ASC-yə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növünün aparılmasına verilmiş icazə, fəaliyyətində qeyd olunan icbari sığorta növü üzrə çoxsaylı pozuntulara yol verməsi ilə əlaqədar Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən 2012-ci il 3 iyul tarixdə ləğv edilib", - məlumatda qeyd edilir.

Xəbər lenti

Xəbər lenti