...

«Azərikimya»da Almaniyanın GİCON şirkətinin mütəxəssislərinin iştirakı ilə hesabat xarakterli təqdimat keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyul 2012 19:28 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyinin konfrans zalında keçən ilin sentyabr ayında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində Birlik və Almaniyanın GİCON şirkəti arasında ikiillik sazişə uyğun olaraq «Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymət­lən­dirilməsi» istiqamətində görülmüş işlərlə bağlı hesabat xarakterli təqdimat keçiril­mişdir.
«Azərikimya»da Almaniyanın GİCON şirkətinin mütəxəssislərinin iştirakı ilə hesabat xarakterli təqdimat keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

"Azərikimya" İstehsalat Birliyinin konfrans zalında keçən ilin sentyabr ayında PPP (İctimai Özəl Əməkdaşlıq) layihəsi çərçivəsində Birlik və Almaniyanın GİCON şirkəti arasında ikiillik sazişə uyğun olaraq "Çirkləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymət­lən­dirilməsi" istiqamətində görülmüş işlərlə bağlı hesabat xarakterli təqdimat keçiril­mişdir.

GİCON şirkəti 20 ildən artıqdır ki, xüsusi tullantıların zərərsizləşdirilməsi, çirklənmiş torpaqların təmizlənməsi üçün rəylərin hazırlanması, torpağın, qrunt sularının və hava­nın çirklənmə səviyyəsinin müəyyənləşdirilməsi, həmçinin layihələrin planlaşdırıl­ması və nəticələrin yoxlanması üzrə geniş və səmərəli fəaliyyət göstərir.

Təqdimat zamanı GİCON şirkətinin tullantılar və çirklənmiş ərazilərin təmizlənməsi­nin idarə olunması şöbəsinin müdiri Matias du Puits, ARDNŞ-in Ekologiya idarəsinin rəisi Azər Əliyev, çirklənmiş ərazilərin təmizlənməsi üzrə ekspert Hartmut Junqe, mütə­xəssis Jana Ziemer, layihə bürosunun rəhbəri Səkinə Məhərrəmova, "Azəri Fugro" şir­kəti mütəxəssislərinin və "Azərikimya" İB nümayəndələrinin iştirak etdiyi təqdimatda çirk­ləndirilmiş ərazilərdə təhlükə risklərinin qiymətləndirilməsi və torpaqların geofiziki təd­qiqatı istiqamətində bir il ərzində tərtib edilmiş tədbirlər planı əsasında görülmüş işlər haqda hesabat xarakterli məlumat verilmişdir. Qeyd olunmuşdur ki, GİCON şirkətinin mütəxəssisləri tərəfindən ilkin müşahidə üçün pilot layihə üzrə 2 ayrı-ayrı sahə seçilmiş və tədqiqatların nəticəsi olaraq seçilmiş ərazilərdə torpaqların çirklənmə ehtimalı araş­dırıl­mışdır.

Tərəflər İctimai Özəl Əməkdaşlıq layihəsi çərçivəsində görülən işlərlə əlaqədar müzakirə və təhlillərin mütəmadi olaraq davam etdirilməsini məqsədəuyğun saymışlar.

Xəbər lenti

Xəbər lenti