...

Samir Şərifov: Azərbaycanın dövlət büdcəsinin gəlirləri il ərzində təxminən yarıyadək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2012 11:38 (UTC +04:00)
2012-ci ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox olub.
Samir Şərifov: Azərbaycanın dövlət büdcəsinin gəlirləri il ərzində təxminən yarıyadək artıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir A.Axundov/

2012-ci ilin birinci yarısında dövlət büdcəsinin mədaxili 8 milyard 134 milyon manat və ya 106,2 faiz yerinə yetirilməklə ötən ilin eyni dövrü ilə müqayisədə 45 faiz çox olub. Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 116,0 faiz əməl edib, yəni büdcəyə 2 milyard 968 milyon manat, ötən ilin eyni dövrünə nisbətən isə 405,0 milyon manat və ya 15,8 faiz çox vəsait təmin edib.

Həmin vəsaitin 55,0 faizi və ya 1 milyard 633 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 222 milyon manat və yaxud 15,8 faiz çoxdur.

Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,4 faiz əməl olunmaqla büdcəyə 557,0 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur.

Dövlət Neft Fondundan büdcəyə 4 milyard 592 milyon manat vəsait transfer edilib.

Sair daxilolmalar üzrə büdcəyə 17,0 milyon manat vəsait təmin edilib.

Cari ilin altı ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,4 faiz və ya 7 milyard 110 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 milyard 227 milyon manat və ya 45,6 faiz çox icra olunub.

Xərclərin funksional təsnifatına uyğun olaraq cari ilin altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə investisiya xərclərinə 1,9 dəfə, iqtisadi fəaliyyətlə bağlı xərclərə 42,8 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 42,1 faiz, müdafiə xərclərinə 41,6 faiz, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərclərinə 36,9 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 28,0 faiz, nəqliyyat və rabitə xərclərinə 19,4 faiz, səhiyyə xərclərinə 16,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,3 faiz vəsait yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin altı ayı ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi və ya 2 milyard 300 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2011-ci ilin eyni dövrü ilə müqayisədə 370,0 milyon manat və ya 19,2 faiz çox olub.

Cari ilin altı ayında investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,0 milyon manat vəsait istifadə olunub.

Ölkənin əsas enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturların tikintisi və yenidənqurulması üçün 1 milyard 476,0 milyon manat, o cümlədən yol-nəqliyyat infrastrukturlarının tikintisi və yenidən qurulması üçün 405,0 milyon manat, "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası üçün 118,0 milyon manat, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulmuş tədbirlərə 150,0 milyon manat, su təchizatı və kanalizasiya sisteminin bərpası və yenidənqurulması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 154,0 milyon manat, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması tədbirləri üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Acıq Səhmdar Cəmiyyətinə 156,0 milyon manat vəsait yönəldilib.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kreditlər hesabına 348,0 milyon manat məbləğində vəsait istifadə edilib.

Nazir habelə 2013-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanıldığı barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti