...

Azərbaycanda 2013-cü il əkini üçün toxum istehsalına başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 13:49 (UTC +04:00)
Azərbaycanda 2013-cü il əkini üçün dənli bitki toxumlarının istehsalına başlanılıb.
Azərbaycanda 2013-cü il əkini üçün toxum istehsalına başlanılıb

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda 2013-cü il əkini üçün dənli bitki toxumlarının istehsalına başlanılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.

Əgər 2001-ci ildə 46 149 ton I və II reproduksiyalı toxum istehsal edilmişdisə, 2011-ci ildə bu göstərici 173 937 tona çatıb. Toxum satışına görə təsərrüfatlara verilən subsidiyalar bu müddət ərzində müvafiq olaraq 3,5 milyondan 5,5 milyon manata çatıb.

İyulun 1-nə olan vəziyyətə görə, 350 toxumçuluq subyektinə fəaliyyət üçün icazə verilib.

2012-ci ilin altı ayı ərzində 34 mindən artıq istehsalçıya 288 354 hektar əkin sahəsi üçün 50 faizlik endirimlə 57 396 ton mineral gübrə verilib. Həmin mineral gübrə satıcılarına dövlət büdcəsinin vəsaiti hesabına 12,6 milyon manat vəsait ödənilib.

Bu il iyulun 9-na olan vəziyyətə görə, 721 827 hektar sahədə biçin aparılıb və 1,92 milyon ton məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,1 faiz (yaxud 192 421 ton) çoxdur. Hesabat dövründə iki milyon tona yaxın taxılın 1,24 milyon tonunu buğda təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 7,6 faiz (yaxud 88,6 min ton) çoxdur.

Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərində müvafiq olaraq 3300 və 1500 hektar qış otlaq sahəsində özəl pilot taxılçılıq təsərrüfatlarının yaradılması qərara alınıb və bu işlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti