...

Bağlanmış “Royalbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi ən qısa müddətdə başa çatacaq - ADIF

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2012 18:53 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Mərkəzi Bank tərəfindən bank fəaliyyəti göstərmək üzrə lisenziyası ləğv olunmuş "Royalbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi prosesini gələn həftə, iyulun sonlarında başa çatdırmağı planlaşdırır.
Bağlanmış “Royalbank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsi ən qısa müddətdə başa çatacaq - ADIF

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Mərkəzi Bank tərəfindən bank fəaliyyəti göstərmək üzrə lisenziyası ləğv olunmuş "Royalbank"ın əmanətçilərinə kompensasiyaların ödənilməsi prosesini gələn həftə, iyulun sonlarında başa çatdırmağı planlaşdırır. Bu barədə bazaar ertəsi Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov bildirib.

"Sabah biz "Royal Bank"ın sənədləşmələrinə çıxış əldə edəcəyik, həftə ərzində hazırlıq işlərini başa çatdıracağıq və iyulun sonunadək ödəniş prosesini başa çatdırmağı planlaşdırırıq. Sənədlərində problemləri olan şəxslərə kompensasiyaların verilməsində bu proses uzana bilər. Hansısa problemin yaranacağını hesab etmirəm, biz ödənişləri ən qısa müddətdə başa çatdırmağı planlaşdırırıq", - Cavadov deyib.

Azərbaycan Respublikası Mərkəzi Bankının Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 06/05-1747 saylı 13 iyul 2012-ci il tarixli məktubuna əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 14 iyul 2012-ci il tarixli qərarı ilə Agent bankın seçilməsi və kompensasiyaların ödənilməsi üçün hazırlıq işləri başlanılıb. "Royal Bank" ASC-nin əmanətçilərinin 98 faizi Əmanətlərin Sığortalanması Fondunda sığortalanıb. 30 (otuz) min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100 faiz həcmində kompensasiya ediləcək. Yaxın günlərdə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.AMB-ın İdarə heyərti iyulun 12-də "Royal Bank"ın lisenziyasının ləğvi barəsində müvafiq qərar qəbul edib. Qərara əsasən, iyulun 13-dən etibarən "Royal Bank"Açıq Səhmdar Cəmiyyətində müvəqqəti administrator təyin edilib.

Cavadovun fikrincə, "Royal Bank"ın bağlanması ölkənin bank sektoruna mənfi təsir göstərməyəcək.

"Bu, bazara heç cür tədir göstərə bilməz. Çünki "Royal Bank" ASC-nin əmanətçilərinin 98 faizindən çoxu Əmanətlərin Sığortalanması Fondunda sığortalanıb. Və iyulun sonuna kimi həmin əmanətçilər 30 min manatadək olan əmanətlərini ala biləcəklər. Hətta ola bilsin ki, Azərbaycanda bank əmanətlərinin sığortalanması alətinin necə işlədiyini işdə görəcəklər, onlar bu sistemə daha çox etibar edəcəklər, habelə 30 min manatdan yuxarı vəsaitin bir banka və illik 12-dən çox faiz dərəcəsi ilə qoyulmasına daha ehtiyatla yanaşacaqlar", - Cavadov bildirib.

2010-cu il iyunun birindən ADİF-ə üzv banklarda illik 12-dən çox faiz dərəcəsi ilə yerləşdirilən depozitlər fond tərəfindən sığortalanmır və onlar üzrə kompensasiyaların ödənilməsi nəzərdə tutulmur.

Hazırda bir əmanət üzrə sığorta ödənişinin maksimum səviyyəsi 30 min manat təşkil edir. Öz əmanətlərinin sığortası üçün əmanətçilər heç bir ödəniş etmirlər, sığorta ödənişləri yalnız banklar tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti