...

Bakı Fond Birjasında “Unileasing”in istiqrazlarının yerləşdirilməsinə başlanılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2012 13:12 (UTC +04:00)
İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Unileasing" QSC-nin 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanacaq.
Bakı Fond Birjasında “Unileasing”in istiqrazlarının yerləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir A.Axundov/

İyulun 23-dən Bakı Fond Birjasında (BFB) "Unileasing" QSC-nin 5 milyon manat həcmində faizli, sənədsiz, təmin edilməmiş, adlı istiqrazlarının yerləşdirilməsinə başlanacaq. Bu barədə dünən Trend-ə BFB-dən məlumat verilib.

Emissiya çərçivəsində nominal qiyməti 1000 manat olan 5000 min manat olan istiqrazlar buraxılacaq. Qiymətli kağızların tədavül müddəti illik 9,5 faiz dərəcəsi ilə 12 aydır və faizlərin ödəniş müddəti 180 gündür. Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

"Şirkət onun səhmlərinin BFB-nin qeyri-kotirovka vərəqəsinə daxil edilməsi ilə bağlı ərizə ilə müraciət edib", - məlumatda deyilir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

"UniLeasing" şirkəti 2004-cü ilin iyulunda yaradılıb.

Xəbər lenti

Xəbər lenti