...

Azərbaycan və AİB iri yol layihəsinə dair kredit sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2012 17:12 (UTC +04:00)
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) bu gün Bakıda Masallı-Astara avtomobil yolunun tikinti layihəsi üçün 200 milyon dollar məbləğində ikinci kredit üzrə saziş imzalayıblar.
Azərbaycan və AİB iri yol layihəsinə dair kredit sazişi imzalayıblar

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir E.İsmayılov/

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) bu gün Bakıda Masallı-Astara avtomobil yolunun tikinti layihəsi üçün 200 milyon dollar məbləğində ikinci kredit üzrə saziş imzalayıblar. Bu barədə cümə günü Trend-ə bankın Bakı nümayəndəliyindən məlumat veriblər.

Sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və bankın Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyono imzalayıblar.

Sazişə əsasən, kredit altıaylıq llibor+0,4 faiz dərəcəsi üzrə 4 illik güzəşt olmaqla 24 il müddətinə verilib.

Kredit vəsaiti Masallı-Astara avtomobil yolunun B və C sahələrinin tikintisi məqsədilə xərclərin ödənilməsi üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti