...

Milli Depozit Mərkəzinin məcmu aktivləri 9 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2012 17:53 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzinin (MDM) 2012-ci ilin 1-ci yarımilliyi üzrə fəaliyyət yekunlarına həsr edilmiş Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Milli Depozit Mərkəzinin məcmu aktivləri 9 milyard dolları ötüb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzinin (MDM) 2012-ci ilin 1-ci yarımilliyi üzrə fəaliyyət yekunlarına həsr edilmiş Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü MDM-nin yaydığı məlumatda deyilir.

İclas zamanı MDM-nin əməliyyat və maliyyə nəticələri nəzərdən keçirilib, iki rüb ərzində başa çatmış və bünövrəsi qoyulmuş layihələr qiymətləndirilib.

Məlumata görə, bu müddətdə 27 yeni emitentlə depozitar və reyestrin aparılması xidmətlərinin göstərilməsi barədə müqavilələr bağlanılıb və saxlanmaya əlavə 671 mln manat cəlb etməklə, ümumi aktivlərin sayı 7,1 milyard manata qədər artırılıb.

QKDK-nın sədri Rüfət Aslanlı ümumi yığıncaqda yekun sözü ilə çıxış edib və 2012-ci ilin 1-ci yarımilliyinin nəticələrinin məqbul olduğunu qeyd edərək MDM-nin səhmdarının təmsilçisi kimi təşkilatın 3-cü rüb üçün hədəflərini müəyyən edib. Həmçinin, sədr gələcək planların icrası üçün öz tövsiyyələrini verib.

Xəbər lenti

Xəbər lenti