...

Azərbaycan və Niderland dörd sənəd imzalayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2012 14:52 (UTC +04:00)
Azərbaycan Niderland ilə münasibətlərə mühüm əhəmiyyət verir və Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu ölkələrimiz arasında əməkdaşlığın inkişafına növbəti töhfəsini verəcək.
Azərbaycan və Niderland dörd sənəd imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir Ə.Həsənov/

Azərbaycan Niderland ilə münasibətlərə mühüm əhəmiyyət verir və Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu ölkələrimiz arasında əməkdaşlığın inkişafına növbəti töhfəsini verəcək. Trend-in məlumatına görə, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev investisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında saziş layihəsi üzrə bəyannamənin imzalanması mərasimində bildirib.

"Niderlandlı nümayəndələr Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə böyük maraq göstərirlər. İki ölkənin səyi ilə yaxşı hüquqi baza yaradılıb və biz onu gələcəkdə də inkişaf etdirməyə hazırıq", - nazir deyib.

Hazırda iki ölkə arasında iqtisadi sahə üzrə 10-a yaxın saziş imzalanıb.

Onun sözlərinə görə, hazırda Azərbaycanda 70 holland şirkəti sahibkarlıq fəaliyyəti həyata keçirir. Azərbaycan iqtisadiyyatında holland investisyalarının ümumi həcmi 365 milyon dollar təşkil edir.

Cari ilin yeddi ayı ərzində Azərbaycanla Niderland arasında əmtəə dövriyyəsi 42 faiz artıb.

İmzalanma mərasimində iştirak edən Niderland Baş nazirinin müavini Maksim Verhagen qeyd edib ki, sənədin imzalanması Azərbaycanla Niderland arasında əməkdaşlığı daha da möhkəmləndirəcək. O, 2011-ci ildə Niderlanddan Azərbaycana ixracın 3 dəfə artdığını əlavə edib.

Tədbir zamanı daha üç sənəd imzalanıb. Onların arasında "Friesian" süd məhsullarının istehsalı üzrə konsaltinq şirkəti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında imzalanmış "Biznesin idarə edilməsi və eksperimental fermaların inkişafı sahələrində magistr kursları" qarşılıqlı anlaşması haqqında memorandum, həmçinin Azərbaycan Diplomatik Akademiyası ilə Maastrix İdarəetmə Mərkəzi arasında biznesin idarə edilməsi sahəsində qarşılıqlı anlaşma haqqında memorandum, "Bakı - Ağ Şəhər" layihəsi çərçivəsində sahəsi 10 min kvadratmetr təşkil edən ofisin texniki tikinti layihəsi üzrə müqavilə də var.

Xəbər lenti

Xəbər lenti