...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2012 15:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78522 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

3 sentyabr

0,7853

10 sentyabr

0,7852

4 sentyabr

0,7853

11 sentyabr

0,7852

5 sentyabr

0,7853

12 sentyabr

0,7852

6 sentyabr

0,7853

13 sentyabr

0,7852

7 sentyabr

0,7852

14 sentyabr

0,7853

Həftə ərzində orta

0,78528

Həftə ərzində orta

0,78522

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Ötən həftə üzrə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7846 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmə həyata keçirilib (T+0): sentyabrın 10-12-də, həmçinin 14-də sövdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7846 səviyyəsində qalıb; sentyabrın 13-də 0,7846 AZN/USD məzənnə ilə $4 mln.;

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

3 sentyabr

0,7846

10 sentyabr

0,7846

4 sentyabr

0,7846

11 sentyabr

0,7846

5 sentyabr

0,7846

12 sentyabr

0,7846

6 sentyabr

0,7846

13 sentyabr

0,7846

7 sentyabr

0,7846

14 sentyabr

0,7846

Həftə ərzində orta

0,7846

Həftə ərzində orta

0,7846

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti