...

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin siyahısını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2012 14:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ipoteka müqavilələrin elektron qeydiyyatını tətbiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib
Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərin siyahısını genişləndirir

Azərbaycan, Bakı, 19 sentyabr/Trend, müxbir Ə. Həsənov/

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ipoteka müqavilələrin elektron qeydiyyatını tətbiq etməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib.

Onun sözlərinə görə, həmçinin mülkiyyət hüququnun tanınması, hərraclar və digər vasitələrlə müsadirə edilmiş əmlakla bağlı elektron xidmətlərin tətbiqi planlaşdırılır.

"Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi obyektlərin yüklənməsi, əmlak obyektlərinin təkrar qeydiyyatı və digərlər haqqında elektron arayışları verir" , - Cəlilov qeyd edib.

Xəbər lenti

Xəbər lenti