...

Azərbaycan Rusiyanın daha bir regionu ilə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2012 14:10 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Volqoqrad vilayəti ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında saziş imzalayacaqlar.
Azərbaycan Rusiyanın daha bir regionu ilə ticari-iqtisadi əməkdaşlıq haqqında saziş imzalayacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan və Rusiyanın Volqoqrad vilayəti ticari-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bazar ertəsi Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda çıxışı zamanı deyib. Forum Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilir.

"Hazırda Azərbaycan və Rusiya, o cümlədən iki ölkənin regionları arasında əməkdaşlıq üçün yaxşı normatov-hüquqi baza yaradılıb. Azərbaycan Rusiyanın 82 federal subyektinin 72-dən çoxu ilə münasibətlər yaradıb və bu əlaqələr uğurla inkişaf edir. Bu gün Volqoqrad vilayəti ilə iqtisadi əməkdaşlığın tarixində yeni səhifə açılır", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, iki ölkənin marağında olan xeyli ortaq nöqtələr var.

"Kənd təsərrüfatı məhsullarının emalı, turizm, tranzit daşımaları qarşılıqlı maraq doğuran sahələrdir. Volqoqrad vilayətinin kimya sənayesi sahəsində yaxşı təcrübəsi var və biz Sumqayıt texnoloji parkının inkişafı layihəsində vilayət nümayəndələrini görmək istərdik. Bir çox sahələrdə əməkdaşlıq hər iki tərəf üçün qarşılıqlı mənfəət verə bilər", - Mustafayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti