...

“Expressbank”ın nizamnamə kapitalı növbəti dəfə artırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2012 10:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

"Expressbank"ın nizamnamə kapitalı növbəti dəfə artırılaraq 78 807 272,00 manatdan 87 407 334,80 manata çatdırılmışdır. Bankdan Trend-ə verilən məlumata görə, buna hər birinin nominalı 273,20 manat olan 31 479 ədəd məbləğində səhmlərin emissiya edilməsindən sonra nail olunmuşdur.

Məlumat üçün bildirilir ki, 2012-ci illin əvvəlinə nizamnamə kapitalı 66 671 559,80 manat təşkil edirdi və bu cari ilin ikinci artımıdır.

Bankın ilk 8 ay üzrə xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,0% artaraq 8 mln. manatı keçmiş, beləliklə də bankın məcmu kapitalı 98 781 000 manata çatdırılmışdır.

"Expressbank"ın respublikamızın müxtəlif reqionlarında 13 filialı, 3 şöbəsi, 60 bankomatı mövcuddur. 2012-ci ilin sonuna əlavə 2 filialın açılması nəzərdə tutulmuşdur.

Bank plastik kartlarla əməliyyatlar, 24 saat ATM xidməti, müştərilərinə depozit hesabları, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir.

"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar. Həmçinin bankın Facebook (http://www.facebook.com/Expressbank) sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla daim bank yeniliklərindən xəbər tutmaq olar.

Xəbər lenti

Xəbər lenti