...

"AtaHolding"in strukturunda dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2012 14:42 (UTC +04:00)
"AtaHolding" ASC şirkətlər qrupunun Müşahidə Şurasının qərarı ilə Adıgözəl Ağayev holdinqin İdarə Heyətinin yeni sədri seçilib. Bu barədə çərşənbə günü Trend-ə ASC-dən deyilib.
"AtaHolding"in strukturunda dəyişiklik olub

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

"AtaHolding" ASC şirkətlər qrupunun Müşahidə Şurasının qərarı ilə Adıgözəl Ağayev holdinqin İdarə Heyətinin yeni sədri seçilib. Bu barədə çərşənbə günü Trend-ə ASC-dən deyilib.

Daha əvvəl bu vəzifəni Fərid Əsədov icra edirdi.

Qərar bu yaxınlarda holdinqin Müşahidə Şurasının iclasında qəbul edilib.

Ağayev bunadək holdinqin İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müavini olub. Hazırda bu vəzifə vakant olaraq qalır. Holdinqin strukturunda aparılan dəyişikliklərə uyğun olaraq artıq İdarə Heyəti sədrinin üç müavini olacaq.

Hazırda müavinlərdən biri Rauf Qarayev turizm və sənaye məsələlərinə nəzarət edir. Əvvəllər holdinqdə müşavir işləyən yeni təyin edilmiş sədr müavini Rəşad Rəsullu kommunikasiyalar, ictimaiyyətlə əlaqələr və kadr siyasəti məsələlərinə nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti