...

Yeni ekoloji yanacaq elementləri batareyaları əvəz edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 10:35 (UTC +04:00)

Bərpaolunan alternativ yanacaq mövzusu həvəskarları üçün metanol və hidrogen əsaslı yanacaq elementləri maraqlı tədqiqat mövzusudur. Bu elektrokimyəvi qurğuların ekoloji üstünlüyü ondadır ki, onlar yüksək energetik yanacağı - maye metanolu və ya hidrogeni birbaşa elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdirlər. Onlar səssiz işləyir və bugünkü batareyalarla müqayisədə daha uzun müddətli istismar olunur.

Dünyanın qabaqcıl texnoloji şirkətləri artıq neçə ildir ki, müxtəlif mobil qurğularda istifadə üçün yanacaq elementlərinin yeni və daha səmərəli növlərinin hazırlanması üzərində işləyirlər. Onların arasında Sony, Toshiba, Sanyo və digər nəhənglər vardır. Bu yaxınlarda daha bir şirkət - Rohm, Kioto Universiteti ilə birlikdə smartfonların və digər portativ qurğuların elektrik enerjisi ilə doldurulması üçün nəzərdə tutulmuş kompakt, yüngül və yüksək tutumlu hidrogen yanacağı elementlərini işləyib hazırlamışdır .

Ənənəvi qurğuşun akkumulyatorlarla müqayisədə bu elementlər eyni gücü özündə saxlamaqla dörddə bir dəfə yüngül çəkiyə malikdir ki, bu da cəmi 3 kq çəkili qurğudan 400V kv/s qidalanmanı təmin etməyə imkan verir.

Metanol və hidrogen əsaslı yanacaq elementlərində quru, litium-ion elementlərinə xas olan çatışmazlıqlar yoxdur. Bu onların çəkisini əhəmiyyətli dərəcədə aşağı salır və çıxış gücünü artırır, bununla da yüksək dərəcədə təhlükəsizliyi təmin edir ki, bu da əlçatmaz yerlərdə və ya dəyişən cərəyan enerjisindən istifadənin mümkün olmadığı hallarda qidalanmanı təmin etməyə imkan verir.

Yanacaq elementləri ənənəvi akkumulyator batareyalarına nisbətən həcmcə daha kiçik, yüngül və səmərəli ola bilər. Buna görə də yeni bazarlara və tətbiq sahələrinə çıxmaqla onların istifadəsinin genişlənməsi gözlənilir.

Metanol əsaslı yanacaq elementlərindən fərqli olaraq hidrogen əsaslı yanacaq elementləri silindrlərin tətbiqini tələb edir ki, bu da onlarla işi çətinləşdirir və onların ölçülərinin azaldılmasına yönəlmiş tədqiqatların aparılmasına mane olur.

Rohm, Aquafairy şirkətləri və Kioto universiteti hidrogenə əsaslanan elementlərin etibarlılığının qiymətləndirilməsi və daha da təkmilləşdirilməsi üzrə işi davam etdirir. Bu elementlərin istehsalı 2013-cü ilin aprel ayına planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti