...

Azərbaycanda brokerlərin renkinqinə yenə də "Çelsi Kapital" başçılıq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2012 15:19 (UTC +04:00)
2012-ci ilin oktyabr ayında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "Çelsi Kapital" başçılıq edib.
Azərbaycanda brokerlərin renkinqinə yenə də "Çelsi Kapital" başçılıq edir

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir C.Nəsibova/

2012-ci ilin oktyabr ayında dövlət qiymətli kağızlar (DQK) bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqinə "Çelsi Kapital" başçılıq edib. Şirkət bir müştəriyə ümumi dəyəri 41,124 milyon manat olan broker xidmətləri göstərib. Bu barədə cümə günü Trend-ə Bakı Fond Birjasından məlumat verilib.

İkinci yeri bir müştəriyə 6,502 milyon manat dəyərində broker xidmətləri göstərmiş "Brokdil-Az" MMC tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 4,508 milyon manatla "Texnika Kapital Menecment" qərarlaşıb.

2012-ci il oktyabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yer

Xidmətlərin həcminə görə əvvəlki yer

Brokerlər

Broker xidmətlərinin məbləği (AZN)

1

1

"Çelsi Kapital" MMC

41 124 462,69

2

5

"Brokdil-Az" MMC

6 502 697,67

3

4

"Texnika Kapital Menecment" MMC

4 508 121,42

4

2

"Unicapital" MMC

3 819 273,05

5

-

"Paşa Kapital" MMC

99 790,40

Məqalədə:
Xəbər lenti

Xəbər lenti