...

Qara dəniz hövzəsi gəmi sahiblərinin Beynəlxalq Assosiasiyasının rəhbərlik səlahiyyətinin müddəti daha iki il uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 14:27 (UTC +04:00)
Qara dəniz hövzəsi gəmi sahiblərinin Beynəlxalq Assosiasiyası (BİNSA) yaradılmasından ötən 19 il ərzində Qara dəniz regionunun həyatında özünə möhkəm yer tutub.
Qara dəniz hövzəsi gəmi sahiblərinin Beynəlxalq Assosiasiyasının rəhbərlik səlahiyyətinin müddəti daha iki il uzadılıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir C.Nəsibova/

Qara dəniz hövzəsi gəmi sahiblərinin Beynəlxalq Assosiasiyası (BİNSA) yaradılmasından ötən 19 il ərzində Qara dəniz regionunun həyatında özünə möhkəm yer tutub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı BİNSA prezidenti, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) rəisi Aydın Bəşirov təşkilatın Şurasının Bakıda keçirilən 16-cı iclasında deyib.

"Bu illər ərzində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) yüksək orqanı olan Xarici İşlər Nazirləri Şurası tərəfindən BİNSA-nın bu beynəlxalq alyansda tərəfdaşlıq statusu təqdim edilib və artıq altıncı dəfə növbəti iki il müddətinə uzadılaraq 2014-cü il aprelin 28-nə çatdırılıb", - Bəşirov vurğulayıb.

Onun sözlərinə görə, bu, QDİƏT-in üzv ölkələri və Qara dəniz regionunun digər ölkələri tərəfindən ona qarşı layiqli nüfuzun və hörmətin olmasını göstərir. 2007-ci ilin aprelində QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 16-cı iclasında qəbul edilən gəmiqayırma, gəmiçilik və gəmi təmirinin inkişafı sahəsində tövsiyələr barədə memorandum, habelə QDİƏT-də tərəfdaşlıq statusuna malik beynəlxalq qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti haqqında təklif və bugünkü görüşdə nəzərdən keçiriləcək digər layihələr bunu təsdiq edir.

"Hazırda QDİƏT-in icraçı orqanları "Qara dəniz hövzəsində dəniz nəqliyyatı, limanlar, gəmiqayırma və gəmi təmiri sahəsində inteqrasiya edilmiş dəniz siyasəti haqqında tövsiyələr" layihəsi nəzərdən keçirilir və razılaşdırılır. Bu layihə BİNSA, Qara dəniz regionunun gəmi təmirçiləri və gəmi inşaatçıları Assosiasiyası (BRASS), Qara və Azov dənizləri limanları Assosiasiyası (BASPA), QDİƏT-in nəqliyyat şuraları Assosiasiyası (QDİƏT-URTA) tərəfindən hazırlanıb.

Bugünkü iclas çərçivəsində BİNSA-nın iştirakçılarından biri olan Fransanın "Ekosean" şirkətinin təklif etdiyi Xəzərin ekoloji müdafiəsi planı müzakirə ediləcək. Həmçinin mövcud çətinliklər və həll edilməyən problemlərin nəzərdən keçirilməsi planlaşdırılır.

İclas zamanı nizamnaməyə əsasən, Bəşirovun BİNSA-nın prezidenti səlahiyyətləri və Andrey İvanovun təşkilatın vitse-prezident səlahiyyəti iki il uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti