...

“Accessbank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2012 11:53 (UTC +04:00)
Azərbaycan bankı "Accessbank"ın İdarə Heyətinin sədri vəzifəsinə Mixael Hoffmann təyin edilib. O, bu postda Endryu Pospilovskini əvəz edib.
“Accessbank”ın İdarə Heyətinə yeni sədr təyin edilib

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir A.Axundov /

Azərbaycan bankı "Accessbank"ın İdarə Heyətinin sədri vəzifəsinə Mixael Hoffmann təyin edilib. O, bu postda Endryu Pospilovskini əvəz edib.

Hoffman cümə axşamı jurnalistlərə bildirib ki, bank Azərbaycan bazarında uğurla inkişaf etmək üçün bütün imkanlara malikdir.
"AccessBank"ın idarə olunmasında məsuliyyəti öz üzərimə götürmək mənim üçün çox xoşdur. Bank dinamik inkişaf edən bazarda sabit mövqe tutur. Mən əminəm ki, biz sonrakı illərdə Azərbaycanda bankımızın müvəffəqiyyətli inkişafı üçün bütün imkanlara malikik", - Hoffmann deyib.

"AccessBank"ın idarə heyətinin sədri vəzifəsinə təyin olunana qədər Mixail Hoffman 2005-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankında (AYİB) işləyib və Privoljsk Federal Dairəsində AYİB-in ofisinə başçılıq edib. Hoffmann ofisin başçısı kimi böyük korporasiyaları əhatə edən yeni biznes-sferaların inkişafı, özəl sektorun müştəriləri və regional banklar üçün tam məsuliyyət daşıyıb.

Hoffmann 1996-cı ildə Almaniyanın 10 aparıcı bankından biri olan "HSH Nordbank AG"da öz karyerasına başlayıb. Burada o, Baltik (Estoniya, Latviya, Litvaya) ölkələrində bank biznesinin inkişafı üçün məsuliyyətli idi və Tallində bankın nümayəndəliyinin başçısı idi. Çalışdığı müddət ərzində o, Baltik və Skandinaviya ölkələrinin böyük korporativ və maliyyə institutlarına kreditlərin verilməsini təmin edib.

Hoffmann, həmçinin "Chevrolet Niva" markalı avtomobilləri istehsal edən Tolyattidəki "General Motors" və "AvtoVaz" ortaq müəssisəsi "GM-AvtoVaz"ın (2008-2012-ci illər) Direktorlar Şurasının üzvü olub. Hoffman Kil Universitetinin iqtisadiyyat sahəsində diplomuna, "Booth School of Business" və Çikaqo Universitetinin işgüzar inzibatçılıq sahəsində magistr dərəcəsinə malikdir. Həmçinin o, Myunster Universitetində politologiya və slavyan dillərini öyrənib. Milliyyətcə almandır, ingilis və rus dillərində sərbəst danışır.

Öz fəaliyyəti dövründə biznesin şəffaf surətdə həyata keçirilməsi və bazarda malik olduğu sabit mövqe "AccessBank"ın Azərbaycanda sabit bank kimi nüfuzunun möhkəmləndirilməsinə şərait yaradıb. Bunun bir göstəricisi kimi, dünyanın ən qabaqcıl reytinq agentliklərindən biri olan "Fitch Ratings" agentliyi 2008-ci ildə AccessBank-ın reytinqini Azərbaycan üçün ən yüksək olan "BB+" səviyyəsində sabit proqnozla qiymətləndirib. Qeyd edək ki, bu reytinq agentlik tərəfindən hər il təsdiqlənir. "AccessBank" 100% xarici kapitala malikdir və onun səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, "Access Microfinance Holding" və Almaniyanın "LFS Financial Systems GmbH" şirkəti kimi beynəlxalq təsisçilərdir.

"AccessBank" ardıcıl olaraq 3 il ərzində (2010-2012) "Euromoney" nəşriyyat qrupu tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb. Bundan əlavə, 2011-ci ildə "Global Finance" jurnalı AccessBank-ı "İnkişaf Edən Dünya Bazarlarının Ən Yaxşı Bankı (Asiya regionu üzrə)" nominasiyasında "Azərbaycanın ən yaxşı bankı" elan edib. Həmçinin, 2011-ci ildə "AccessBank" "The Banker" jurnalı tərəfindən "Azərbaycanda ilin bankı" nominasiyasında mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti